UEFA İstanbulun ev sahibliyi edəcəyi Çempionlar Liqası (ÇL) finalını başqa bir ölkəyə keçirməyəcək. Sport24.az xəbər verir ki, bu barədə TASS-a Avropa ali futbol qurumundan əvvəl məlumat verilib.

Belə ki, daha əvvəl Türkiyədə koronavirus pandemiyasının geniş yayıldığına görə UEFA-nın ev sahibliyini İstanbuldan alacağı haqda xəbərlər yayılmışdı. Lakin məlum olub ki, bu qurum belə bir şeyi düşünmür. Turnirin həlledici matçı təyin olunan vaxtda İstanbulda "Atatürk Olimpiya Stadionu"nda oynanılacaq.

Qeyd edək ki, final matçı mayın 29-da keçiriləcək.