"Çelsi", "Mançester Yunayted" və "Tottenhem" "Udineze"nin mərkəz müdafiəçisi Umar Solenin transferində maraqlıdır. Sport24.az "Caught Offside"yə istinadən xəbər verir ki, "İnter", "Milan" və "Roma" da 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Mənbənin sözlərinə görə, "Udineze" icarəyə verilməsi ilə yanaşı, futbolçunu birdəfəlik satmaq variantını da gözdən keçirir. Sole özü də bacarığını daha yüksək səviyyədə sınamaq istəyir.
Qeyd edək ki, fransız futbolçu bu mövsüm bütün turnirlərdə 19 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.