Türkiyə kubokunda 4-cü mərhələnin püşkü atılıb. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin futbolçularının da formasını geyindiyi komandaların rəqibləri dəqiqləşib.

 

Coşqun Diniyevin çıxış etdiyi "Bandırmaspor" "Karacabey Bələdiyəspor"la qarşılaşacaq.

 

Renat Dadaşov və U-21 yığmamızın üzvü Həsən Nəzərlinin formasını geyindiyi "Ankaragücü" isə "Karşıyaka" ilə qüvvəsini sınayacaq. 

 

Qeyd edək ki, 4-cü mərhələnin oyunları dekabrın 3-5-də baş tutacaq.