Fənərbaxça" ÇSKA-nın 19 yaşlı yarımmüdafiəçisi Matvey Kislyakı yaxından izləyir. Sport24.az xəbər verir ki, bu məlumatı türkiyəli jurnalist Əkrəm Konur X sosial şəbəkə hesabında təsdiqləyib.
Mənbə onu da bildirir ki, Moskva klubu futbolçusunun mümkün transferinə görə qarşı tərəfdən 20-25 milyon avro tələb edir.
Bir müddət əvvəl "Fənərbağça" təmsilçilərinin Matvey Kislyakın agenti ilə görüş keçirdiyi, futbolçunun ailəsini İstanbula dəvət edərək yerli şəraitlə tanış etdiyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 4 qol vurub və bir məhsuldar ötürmə edib. Kislyakın CSKA ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.