"Qalatasaray"ın və Türkiyə millisinin yarımmüdafiəçisi Kərəm Aktürkoğlu Moskva"Spartak"ına keçməkdən imtina edib. Sport24.az Türkiyə mediasına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Avropada oynamaq istədiyindən belə addım atıb.

 

Yarımmüdafiəçi hazırda "köhnə qitə"nin bir çox klublarının, xüsusən də İspaniya "Real Sosyedad"ının transfer siyahısındadır. Türkiyə klubu daha əvvəl "Real Sosyedad"ın 13 milyon avroluq təklifini rədd edib və 15 milyon istəyib.

 

Qeyd edək ki, Aktürkoğlunun "Qalatasaray" klubu ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.