Türkiyənin "Serik Belediyespor" klubunun rəhbərliyi baş məşqçi Sergey Yuranla tərəfdaşlığına son qoymaq qərarına gəlib. Sport24.az xəbər verir ki, bununla bağlı jurnalist Nazim Türknas öz Facebook səhifəsində paylaşım edib.

 

Bir müddət əvvəl rusiyalı məşqçi mətbuat konfransında komandadan könüllü olaraq ayrılmaq niyyətində olduğunu açıqlamışdı. O, oyunçuların və məşqçi heyətinin uzun müddətdir maaş almadığını və bu şərtlər altında intizamı qorumağın mümkün olmadığını bildirmişdi.

 

Yerli media həmçinin "Serikspor"un oyunçularının ödənişlərdəki səkkiz həftəlik gecikməyə etiraz olaraq məşq etməkdən imtina etdiyini bildirib.

 

Qeyd edək ki, Yuran 2025-ci ilin iyulundan Türkiyə klubunun "sükanı arxasına" keçib. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 11 matçda 13 xal toplayaraq turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.