İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, La Liqa nəhənginin müdafiəçisi Trent Aleksandr-Arnold yenidən sıradan çıxıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İngiltərəli futbolçu İspaniya çempionatının 15-ci turunun "Atletik"lə matçında ayaq əzələsindən zədə alıb. 27 yaşlı sağ cinah müdafiəçisi 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, "Real" Trent Aleksandr-Arnoldu mövsümün əvvəlində "Liverpul"dan transfer edib. İngiltərə millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol ötürməsi edib.