Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Difai" – "Sumqayıt" oyunundan (1:3) sonra "Sumqayıt"ın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Mərhələni keçmək vacib idi. Lakin qənaətbəxş oyun göstərmədik. Çempionatda belə oynamaq olmaz.

 

– Gənclərə şans verdiz, amma özlərini göstərə bilmədilər…


– Gənclərin tərəfindəyəm. Düzdür, bəzi səhvlər oldu. Yenə də gəncdirlər, potensialları var və onlara güvənirəm.

 

– AFFA İntizam Komitəsi sizi 4 oyun cəzalandırdı. Buna münasibətiniz necədir?


– Məncə, ağır qərardır. Heç kimi öldürməmişəm. Düşünürəm ki, iki oyunluq cəza normal olardı.

 

– Ayxan Abbasovla aranızda nə baş vermişdi ki?

– Emosional oyun keçmişdi. Serb dilində sözlər dedim, amma bu, kiməsə ünvanlanmamışdı. Yaxşı qarşılanmadı. Oyundan sonra Abbasovla görüşdük və həll etdik.