Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Difai" – "Sumqayıt" oyunundan (1:3) sonra "Difai"nin baş məşqçisi Aydın Qasımov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Görüşün ağır olacağını bilirdik. "Sumqayıt" yaxşı komandadır. Uşaqlar mübarizə apardılar, çəkinmədilər. Qol epizodları da yarada bildik.

 

– Bu heyət I Liqada qalmaq üçün yetərlidir?

– Gənc komandayıq. Heyəti gücləndirmək lazımdır. Yuxarı sıralar üçün mübarizə aparmağa çalışacağıq.