Futbol üzrə İran çempionatında 2-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Sanat Naft” ilə qarşılaşıb. Mövsümə məğlubiyyətlə başlamış “traktorçular” bu dəfə darmadağına seviniblər – 3:0.

Təbrizlilərin qollarını Azərbaycanda oynamış futbolçular vurub. "Sumqayıt"ın sabiq hücumçusu Peyman Babayi dubl edib. Oyunda son nöqtəni isə "Neftçi"nin keçmiş yarımmüdafiəçisi Saman Nərimancahan qoyub.

“Traktor” iki turdan sonra 3 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.