Türkiyə Superliqasına yüksələn "Amedspor"un yeni baş məşqçisi açıqlanıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın "sükanı" Besnik Hasiyə tapşırılıb.
Albaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Besnik Hansi daha əvvəl "Olimpiakos", "Mexelen", "Anderlext", "Legiya" kimi komandaları çalışdırıb.