“Ankaragücü” baş məşqçisi Tolunay Kafkasla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu haqda Super Liqa təmsilçisinin saytı məlumat yayıb.

Belə ki, 55 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Paytaxt təmsilçisi yeni mövsüdə uğursuz nəticələrə imza atıb. Belə ki, 7 oyundan sonra “Ankaragücü” hazırda turnir cədvəlində 6 xalla 14-cüdür.

Xatırladaq ki, bu, Super Liqada yeni mövsümdə artıq 6-cı baş məşqçi istefasıdı. Daha əvvəl "Başakşehir" Emre Belözoğlunu, "Kayserispor" Çağdaş Atanı, "Qaziantep" Erdal Güneşi, "İstanbulspor" isə Fatih Tekkeni, "Samsunspor" Hüseyin Eroğlunu qovub.