Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçularla gücləndirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi mərakeşli sol cinah müdafiəçisi Hamza Mendil ilə yarımmüdafiəçi Recep Niyazı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hamza Mendil Almaniyanın “Şalke” klubundan bir illik icarəyə götürülüb. Mərakeşli futbolçu 2018-ci ildən “Şalke”də çıxış edirdi. Fransanın “Lill” klubunun yetirməsi olan 23 yaşlı müdafiəçi, 2019/20 mövsümündə icarə əsasında “Dijon”un da formasını geyinib. Mendil Mərakeş yığmasında 20 oyun keçirib.

Recep Niyaz isə son olaraq “Dənizlispor”da forma geyinib. O, “Rizəspor” ilə 2+1 illik müqavilə bağlayıb. “Fənərbaxça”nın yetirməsi olan, peşəkar karyerasına da bu klubda başlayan 25 yaşlı futbolçu, həmin dövrdə “Bucaspor” və “Samsunspor”da icarədə də oynayıb. Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu, 2016-2018-ci illər aralığında da “Rizəspor”da çıxış edib.