Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Selçuk İnan çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı məşqçi ilə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.

Selçuk baş məşqçi postunda bir müddət öncə istefaya göndərilmiş Şenol Canı əvəz edib. 

Elita təmsilçisi hazırda 15 xalla 19 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.