"Fənərbağça" Belçika "Gent"indən Arçi Braunu transfer edib. Sport24.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi məlumat yayıb.

 

Məlumata görə, 23 yaşlı ingilis müdafiəçi ilə "3+1" illik müqavilə bağlanılıb.

 

Türkiyə mətbuatında yayılan məlumatlara görə, müdafiəçinin keçidi "Fənər"ə 8,5 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, "sarı-lacivərlilər" daha öncə Con Duran və Abdou Aziz Fallı da heyətinə qatıb.