"Barselona"nın və İspaniya millisinin hücumçusu Lamin Yamal dünən Qarrafdakı "La Cupulla" restoranında 18 yaşını qeyd edib. Sport24.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bayramda onun valideynləri, nənəsi, kiçik qardaşı və yaxın dostları iştirak ediblər.

 

Qeyd edək ki, ispaniyalı doğum gününü dünən qeyd etsə də, əslində o, iyulun 13-də anadan olub. Bir müddət əvvəl bildirilmişdi ki, Yamal ad günü ilə əlaqədar ciddi təhlükəsizlik tədbirləri ilə qapalı gecə keçirəcək. Qonaqlara tədbirə mobil telefon gətirmək və şəkil çəkdirmək qadağan olunacaq.