"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi "Fehervar" heyətini gücləndirib.

Sport24.az xəbər verir ki, komanda Andraş Huştini icarəyə götürüb.

O, mövsümün sonuna kimi "Fehervar"da çıxış edəcək. 23 yaşlı müdafiəçi "Zalaegerseg"dən kiralənib.

Andraş 2023/2024 mövsümün ikinci hissəsini icarə əsasında "Uypeşt"də keçirib.

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında oyunlar iyulun 25-də və 31-də baş tutacaq.