Asiya Çempionlar Liqasının qrup mərhələsində I turun oyunları davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" bu gün qrupda ilk oyununa çıxıb.
Tailand təmsilçisi öz meydanında Çinin "Zhejyanq" klubu ilə qarşılaşadaq böyük hesabla qalib gəlib - 4:1. Ramil istart meydana çıxıb və 73-cü dəqiqədə, hesab 4:1 olarkən əvəzlənib.
Bu, Şeydayevin Asiya Çempionlar Liqasında ilk oyunu olub.