Rumıniya Superliqasının qalibi məlum olub. Sport24.az xəbər verir ki, cari avrokubok mövsümündə "Qarabağ"ın rəqibi olan FKSB ardıcıl ikinci dəfə "qızıl"a sahib çıxıb.
Buxarest təmsilçisi "Universitatya Krayova" ilə heç-heçə etməsindən sonra çempionluğu rəsmiləşdirib.
Qeyd edək ki, FKSb tarixində 28-ci dəfə Rumıniyanın ən güclüsü adına sahib çıxıb.