Azərbaycan millisinin futbolçusi amil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” klubu Yaponiyaya yollanıb. Sport24.az xəbər verir ki, komanda Asiya Çempionlar Liqasının şərq zonasının H qrupunun 2-ci turunun oyununu “Vanfor Kofu”ya qarşı görüş üçün həmin ölkəyə gedib.

Matç oktyabrın 4-də keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Xatırladaq ki, Şeydayevin komandası qrupun açılış oyununda Çinin “Çjeçzyan" klubuna qalib gəlib.