Türkiyə Super Liqasında III turdan təxirə salınmış daha bir oyun keçirilib. Sport24.az əbər verir ki, "Beşiktaş" səfərdə "Adana Dəmirspor"la qarşılaşıb.

Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi Adana təmsilçisi inamlı qələbə qazanıb - 4:2.

 "Şah" bu görüşdə iştirak etməyib. Belə ki, o, mövsümün əvvəlindən sifariş olunmadığı üçün təxirə salınmış oyunda meydanda olmayıb.

Onu da biılsirək ki, "Adana Dəmirspor" 6 turdan sonra 11 xalla 3-cü sırada qərarlaşıb.