2034-cü il dünya çempionatının potensial təşkilatçısı Səudiyyə Ərəbistanı turniri 5 şəhərdə keçirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, Ər-Riyadda 8 stadion, Ciddədə 5 stadion, əl-Hubar, Əbha və tikilməkdə olan Neom şəhərlərinin hər birində isə 1 stadion nəzərdə tutulub.

 

Neomda stadion 170 km uzunluğunda, 200 m enində və 500 m hündürlüyündə olan güzgü divarlı "Line" megaquruluşunun mərkəzində inşa ediləcək.

 

Səudiyyə Ərəbistanı DÇ-2034-ün yeganə namizədidir. Bu, 48 komandanın iştirak edəcəyi üçüncü dünya çempionatı olacaq.