"Komo"nun baş məşqçisi Sesk Fabreqas İtaliya çempionatında ayın ən yaxşı məşqçisi seçilib. Onun komandası mayda "Parma" (1:0) və "Kalyari"ni (3:1) məğlub edib, "Verona" ilə də bərabərə qalıb (1:1).

 

İspan mütəxəssisə mükafat bu gün, "İnter"lə oyundan əvvəl təqdim olunacaq

 

Qeyd edək ki, 39 turdan sonra aktivində 49 xal olan "Komo" turnir cədvəlində 10-cu yerdədir. Fabreqas ötən ay da ayın məşqçisi seçilib.