"Səbail"in futbolçusu Ayub Masikanın formasını geyindiyi Kenya millisi yoldaşlıq oyununa çıxıb. Sport24.az xəbər verir ki, Masikanın komandası Zimbabve ilə üz-üzə gəlib.

 

Matç Kenyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, start heyətində meydana çıxan "Səbail"in legioneri 90-cı dəqiqədə əvəzlənib.