"Bavariya" futbolçusu Leroy Sane ilə müqaviləni uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, Münhen təmsilçisi almaniyalı vingerlə razılığa gəlib.
Bu barədə "Bild" nəşri məlumat yayıb. Sane ilə yeni müqavilə 3 illik olacaq.
Leroy bu mövsüm 26 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.