"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerası ilə bağlı qərarını açıqlayıb. Sport24.az xəbər verir ki, misirli futbolçu mersisaydlılardan ayrılmaq fikrində olmadığını deyib.

 

O bildirib ki, "Liverpul"la 2025-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaq istəyindədir.

 

Qeyd edək ki, Salah cari mövsümdə "Liverpul"un heyətində 27 oyun keçirib, 18 qol vurub və 9 məhsuldar ötürmə edib.