Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev formasını geyindiyi "Adana Dəmirspor"la ilk dəfə Türkiyə Superliqası matçında əsas heyətdə yer alıb. Sport24.az xəbər verir ki, 29 yaşlı qolkiper XIV turda autsayder "Samsumspor"la öz  meydanlarındakı görüşdə 90 dəqiqə oynayıb.

Matç adanalıların 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Adana Dəmirspor" 23 xalla 4-cü pillədə qərarlaşıb. 

Onu da bildirək ki, Şahruddin 2 aydan sonra klubunda oyuna çıxıb.