"Sabah"ın sabiq futbolçusu Petar Şkuletiç peşəkar karyerasını başa vurub. Sport24.az xəbər verir ki, serbiyalı hücumçu bu barədə öz ölkəsinin mətbuatına açıqlama verib. Təcrübəli forvard 32 yaşında futbolla vidalaşıb.

Qeyd edək ki, Şkuletiç 2021-ci ilin sentyabrında oktyabrın sonunadək "Sabah"da çıxış edib. O, Azərbaycan klubunun heyətində 4 rəsmi matçda meydana çıxıb. Skuletiç karyerası ərzində Vətənində "Partizan"da, "Voyvodina"da, Avstriyada LASK-da, Türkiyədə "Sivasspor"da, Rusiyada "Lokomotiv"də, Fransada "Monpelye"də çıxış edib.