Mirça Luçesku Rumıniya millisində işini davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyası rəsmi açıqlama yayıb.
Bu qərar Luçeskonun Brüssel klinikasında keçirdiyi tibbi müayinələrdən sonra verilib. Həkimlər onun sağlamlığının məşqçilik vəzifəsini tam şəkildə yerinə yetirməsi üçün kifayət etdiyini təsdiqləyib. Rəhbərliklə məsləhətləşmələrdən sonra Luçesku bu vacib dövrdə komanda ilə işləməyə hazır olduğunu təsdiqləyib.
Qeyd edək ki, martda Rumıniya millisi dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsində Türkiyə ilə qarşılaşacaq. Komanda bu görüşdən qalib ayrılarsa, Slovakiya-Kosovo matçının qalibi ilə qarşılaşacaq.