UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" səfərdə "Nyukasl"la qarşılaşacaq. Sport24.az xəbər verir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda səfər matçı öncəsi hazırlıq məşqinə çıxıb.

 

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı çərşənbə axşamı saat 00:00-da start götürəcək. Bakıda keçirilən ilk matç 6:1 hesabı ilə "Nyukasl"ın xeyrinə başa çatıb.