Uzun müddətdir zədəli olan "Kayzerslautern"də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün yaşıl meydanalara geri dönüb. Sport24.az xəbər verir ki, futbolçu 2-ci bundesliqanın 23-cü turu çərçivəsində "Proyssen Munster"lə baş tutan səfər matçında 88-ci dəqiqədə meydana daxil olub.

 

O, komanda yoldaşı Naatan Skittanı əvəzləyib.

 

Matç Emrelinin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

22 fevral

 

"Proyssen Munster" - "Kayzerslautern" - 2:3

 

Qollar: Y.Hoyer, 21, 87 - M.Ritter, 9-pen; 40, N.Bassett, 45+1

 

Qeyd edək ki, Emreli 2025-ci ilin 8 noyabrında "Herta"ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan oyunlardan kənarda qalmışdı. 28 yaşlı hücumçu bu mövsüm "Kayzerslautern"də 5 oyunda meydana çıxıb və 1 qol vurub.