Mövsümün sonunda Pep Qvardiolanın gedişindən sonra Enso Mareska "Mançester Siti"nin yeni baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə "Topskills Sports UK" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "şəhərlilər" italiyalı mütəxəssislə beş illik müqavilə imzalayacaq. Bildirilir ki, Mareskanı klub rəhbərliyinə Qvardiola özü məsləhət görüb. İspaniyalı mütəxəssis Mareskanı ideal varis hesab edərək klub rəhbərliyinə tövsiyə edib.
Qeyd edək ki, mareskanın son iş yeri "Çelsi" olub.