PSJ-nin yarımmüdafiəçisi Joao Neveş klubla yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, yeni anlaşmaya əsasən portuqaliyalı yarımmüdafiəçi 2030-cu ilə qədər Fransa nəhənginin fotmasını geyinəcək. 

 

Qeyd edək ki, Neveş 2024-cü ilin yayında "Benfika"dan PSJ-yə transfer olunub. O, debüt mövsümündə komanda ilə birgə Çempionlar Liqasını, Fransa çempionatını və Fransa kubokunu qazanıb.