"Göztəpə"nin hücumçusu Juan kareyarasını Moskva ÇSKA-da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə "ESPN Brasil"-ya məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Rusiya klubu futbolçuya görə, Türkiyə təmsilçisinə 15 milyon avro ödəyəcək. "Göztəpə" həmçinin Juanın gələcəkdə başqa kluba transferindən 10 faiz pay sahibi də olacaq.

 

Qeyd edək ki, Juan Türkiyə klubunda ümumilikdə 60 oyun keçirib, 19 qol vurub və 10 məhsuldar ötürmə edib.