"Rostov"un müdafiəçisi Umar Sakonun agenti müştərisinin "Trabzonspor"a keçə biləcəyini söyləyib. Sport24.az xəbər verir ki, bu barədə o, "Sovetskiy Sport" nəşrinə açıqlama verib.

 

Menecer onu da bildirib ki, hazırda iki klub arasında gedən danışıqlardan asılıdır: "Türkiyə klubu futbolçunu "rənglərinə bağlamaq" istəyir. İndi hər şey "Trabsonspor"un təklif edəcəyi puldan asılıdır".

 

Qeyd edək ki, "Rostov" Superliqa klubunun rəhbərliyinə 28 yaşlı futbolçunu 4 milyon avrodan aşağı satmayacaqlarını bildirib.