"Real" sabiq hücumçusu Ronaldo danimarkalı keçmiş komanda yoldaşı Tomas Qraveseni qarşılaşdığı ən pis futbolçu adlandırıb. Sport24.az xəbər verir ki, braziliyalı ulduz bu barədə "Marca"ya açıqlamasında bildirib:

 

"Gravesen həqiqətən əla oğlan, yaxşı insan idi. Amma o, futbolda çox pis idi, kobud oynayırdı və rəqibin ayaqlarına sərt zərbələr vururdu".

 

Qeyd edək ki, Ronaldo karyerası ərzində "Kruzeyro", PSV, "Barselona", ​​"İnter", "Real", "Milan" və kimi komandalarda çıxış edib. Ümumilikdə, peşəkar karyerası ərzində braziliyalı forvard 735 oyun keçirib və 512 qol vurub.