"Monako" Belçika millisinin hücumçusu Romelu Lukaku ilə bağlı "Napoli"yə sorğu göndərib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, 33 yaşlı belçikalı bu yay Türkiyə klublarından gələn iki təklifi rədd edib.

 

Lukakunun İtaliya klubu ilə 2027-ci ilin iyununa qədər müqaviləsi var. 

 

Qeyd edək ki, hücumçu ötən mövsüm "Napoli"də cəmi altı oyunda iştirak edib və 1 qol vurub. O, DÇ-2026-da meydana çıxdığı 6 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.