Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi "Çelsi"nin satışından əldə edilən 2,3 milyard funt-sterlinq məbləğində dondurulmuş vəsaiti Ukraynaya kömək etmək üçün istifadə etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə The Financial Times məlumat yayıb.  

 

London klubunun satışından əldə olunan vəsait artıq 2 ildir ki,  xüsusi bank hesabındadır. Lakin onun istifadəsi ilə bağlı müzakirələr hələ də davam edir. Nazir qeyd edib ki, məhkəmə yolu ilə getmək istəmir, çünki bu, çox vaxt tələb edir. Ancaq bu variant da istisna olunmur.

 

Qeyd edək ki, Böyük Britaniya 2022-ci ilin martında "Çelsi"nin keçmiş sahibi Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib, ona görə də onun 2,3 milyard funt sterlinqlik payı dondurulub.