"Roma" "Beşiktaş"ın futbolçusu Ernest Muçini transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, "canavarlar" icarə əsasında "Trabzonspor"un formasını geyinən 24 yaşlı futbolçunu yaxından izləyir və hətta onu canlı izləmək üçün skautlarını bir neçə dəfə Türkiyəyə də göndərib.
Mövsümün sonunda Muçinin "Roma"ya keçidi reallaşa bilər. Onun "Trabzonspor"la icarə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
Albanın "Beşiktaş"la müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir.
O, "Tirana", "Legiya"da da oynayıb.