“Real”ın və Braziliya yığmasının sabiq futbolçusu Robinyo həbs olunacaq. Sport24.az xəbər verir ki, İtaliya məhkəməsi 36 yaşlı futbolçuya daha əvvəl verilən 9 illik həbs cəzasını təsdiqləyib.

Robinyo və daha 5 nəfər 2013-cü ilin yanvarında 22 yaşlı albaniyalı qadını qrup şəklində zorlamaqda ittiham olunurdu. Təcrübəli oyunçu günahını etiraf etməyib.

Bu məsələ üzrə ilk qərar hələ 2017-ci ildə elan olunmuşdu. O vaxtdan bəri iş apellyasiya məhkəməsində davam edirdi.

Robinyo karyerası ərzində Braaziliyada “Santos”, İspaniyada “Real”, İngiltərədə “Mançester Siti”, İtaliyada “Milan” kimi klublarda çıxış edib. Futbolçu 2020-ci ilin oktyabrından klubsuzdur.