"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının 1/4 final mərhələsinin "Borussiya" qarşı ilk oyununda dubl etməklə unikal göstəriciyə imza atıb. Sport24.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.

 

Mənbənin məlumatına görə, Levandovski Çempionlar Liqası tarixində bir mövsümdə 3 fərqli komandada – "Borussiya", "Bavariya" və "Barselona"da 10-dan çox qol vuran ilk futbolçu olub.

 

Qeyd edək ki, polşalı futbolçu ümumilikdə Çempionlar Liqasında 105 qol vurub. O, Kriştiano Ronaldo (140) və Lionel Messidən (129) sonra turnir tarixində üçüncü ən çox qol vuran oyunçudur.