Maykl Bil vəzifəsindən qovulub. Sport24.az xəbər verir ki, "Reyncers" 43 yaşlı baş məşqçi ilə yollarını ayırıb.

İngilis mütəxəssin getmə səbəbi komandanın yeni mövsümə uğursuz başlamasıdır. Paytaxt klubu Şotlandiya çempionatında 7 turdan sonra topladığı 12 xalla turnir cədvəlinin 3-cü pilləsindədir. Onlar ilk sırada yer alan əzəli rəqibləri "Seltik"dən (19 xal) 7 xal geri qalırlar.

Qeyd edək ki, Maykl Bill 2022-ci ildən “Reyncers”ə rəhbərlik edirdi.