İspaniyanın “Real” klubunun müdafiəçisi Rafael Varan zədələnib. Sport24.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 28 yaşlı müdafiəçinin əzələsində problem aşkarlandığı diqqətə çatdırılıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, “Real” mayın 5-də UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərədə “Çelsi” ilə cavab oyununa çıxacaq. Komandalar arasında İspaniyada baş tutan ilk matçda qalib müəyyənləşməyib – 1:1.