Səudiyyə Ərəbistanı klubu avropalı mütəxəssislə anlaşıb. Sport24.az xəbər verir ki, "Əl-Şəbab" "Real Sosyedad"ın sabiq çalışdırıcısı İmanol Alquasilin komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

 

54 yaşlı mütəxəssis 2024/25 mövsümünün sonunda İspaniya klubunu tərk edib.

 

Qeyd edək ki, "Əl-Şəbab" ötən mövsüm 60 xal toplayaraq Səudiyyə Ərəbistanı çempionatının altıncısı olub.