Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə 4 cavab görüşü keçirilib.

 

"Santyaqo Bernabeu"da "Real" "Mançester Siti"ni qonq edib. İlk görüşdən qələbə ilə ayrılan "Kral klubu" cavab qarşılaşmasını da qalib başa vurub.  PSJ "Brest"i darmadağın edib. 

 

PSV - "Yuventus" matçının əsas vaxtında Niderland təmsilçisi 2:1 hesabı ilə üstün olub. İlk görüşdə Turin klubu eyni hesabla qalib gəldiyinə görə əlavə vaxt oynanılıb. PSV əlavə vaxtda daha 1 qol vuraraq "Yuventus"u məğlub edib.

 

Dortmund "Borussiya"sı "doğma divarlar" arasında "Sportinq"in qapısına yol tapmasa da iki oyunun nəticəsinə görə mərhələ adlayıb.

 

Qeyd edək ki, 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.

 

Çempionlar Liqası

pley-off mərhələsi, cavab oyunları

"Borussiya" (Dortmund, Almaniya) - "Sportinq" (Portuqaliya) 0:0

(İlk oyun - 3:0)

PSV (Niderland) - "Yuventus" (İtaliya) 3:1

Qollar: Perişiç, 53, Saibari, 74, Flaminqo, 98 - Vea, 63

(İlk oyun - 1:2)

PSJ (Fransa) - "Brest" (Fransa) 7:0

Qollar: Barkola, 20, Kvaratsxeliya, 39, Vitinya, 59, Due, 64, Mendeş, 69, Ramos, 76, Mayulu, 86

(İlk oyun - 3:0)

00:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) 3:1

Qollar: Mbappe, 4, 33, 61 - Qonzales, 90+2

(İlk oyun - 3:2)