"Real" "Benfika"nın sol cinah müdafiəçisi Alvaro Karrerasın transferini həll edib. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, keçidin son detalları yaxın günlərdə həll edilməlidir. İspan müdafiəçinin müqaviləsində satınalma bəndi 50 milyon avro göstərilib. "Kral klubu"nun bu bəndən istifadə edəcəyi və ya futbolçu üçün daha az məbləğ ödəyəcəyi hələlik məlum deyil.

 

Qeyd edək ki, Karreras bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Portuqaliya klubu hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.