Neymar "Santos" ilə başa çatan müqaviləsini uzadacaq. Sport24.az xəbər verir ki, bu barədə "TNT Sports Brasil" məlumat paylaşıb.

 

33 yaşlı futbolçunun hazırkı sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Mənbənin sözlərinə görə, tərəflər anlaşmanı daha bir il uzatmaqla bağlı razılıq əldə ediblər.

 

Neymar "Santos"un yetirməsidir. O, 2025-ci ilin yanvarında kluba qayıdıb. Ulduz futbolçu cari mövsümdə meydana çıxdığı 9 oyunda 3 qol vurub.

 

Qeyd edək ki, Neymar karyerası ərzində "Barselona", PSJ, və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klublarında da çıxış edib. Neymar Kataloniya klubunun tərkibində Çempionlar Liqasının qalibi olub.