"İnter" cari mövsümün sonunda "Lill"dən ayrılacağını bildirən 25 yaşlı hücumçu Conatan Davidə təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, kanadalı futbolçu illik 5 milyon avro maaş istəsə də İtaliya klubu bir qədər az məvacib verməyə hazırdır. David həmçinin "Real", "Barselona", "​​Liverpul", "Çelsi", "Napoli" və "Bavariya"nın da diqqət mərkəzindədir.

 

Qeyd edək ki, kanadalı forvard cari mövsümdə bütün turnirlərdə 48 oyun keçirib, 25 qol vurub və 12 məhsuldar ötürmə edib.