Xose Kalyexon bu həftə karyerasını başa vuracaq. Sport24.az xəbər verir ki, bu barədə futbolçunun hazırda formasını geyindiyi "Marbella" klubu rəsmi sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

Şənbə günü, mayın 24-də 38 yaşlı ispaniyalı hücumçu karyerasının son matçına çıxacaq. "Marbella" İspaniyanın dördüncü divizionuna düşməmək üçün son qarşılaşmadan qalib ayrılmalıdır.

 

Qeyd edək ki, Kalyexon karyerası ərzində  "Qranada", "Fiorentina", "Napoli", "Espanyol" və "Real"ın şərəfini qoruyub.