Kosta-Rika millisinin qapıçısı Keylor Navas yenidən Avropada çıxış etməyə yaxındır. Sport24.az xəbər verir ki, "Oviedo" 38 yaşlı qolkiperin xidmətində maraqlıdır.
İspaniya La Liqasında yarışan klub minimum altı aylıq təcrübəli qolkiperi icarəyə götürməyi planlaşdırır.
Navasın "UNAM Pumas"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, o, karyerası ərzində "Saprissa"(Kosta-Rika), "Albasete", "Levante", "Real"(Madrid)(hamısı İspaniya), PSJ(Fransa), "Nottingem Forest"(İngiltərə), "Nyuels"(Argentina) klublarında oynayıb.